136
13:04
12 İyun 2019

Prezident Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.
APA xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq bildirilib, Rene Van der Lindenin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib.
Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində Niderland şirkətlərinin iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, gələcək əməkdaşlıq məsələlərindən danışılıb.
12:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.
APA -nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.