152
14:26
12 İyun 2019

"Neftçi" Sansone ilə müqaviləyə xitam veridi

"Neftçi” PFK futbolçu Canluka Sansone ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Bu barədə Lent.az "Neftçi” PFK-nın saytına istinadən bildirir.
Klub 32 yaşlı hücumçuya xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır!
Qeyd edək ki, Sansone 2018/2019-cu illər mövsümünün qış fasiləsindən sonra "Neftçi”nin heyətində 11 oyun keçirib, 2 qol vurub.