326
17:03
12 İyun 2019

Sülhməramlılarımız Əfqanıstana yola salındı - VİDEO

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb. Bu barədə Lent.az -a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.