223
17:54
12 İyun 2019

"Son zəng" günü məktəblərdə təhlükəsizlik tədbirləri tam təmin olunacaq

"Bakı məktəblərində "Son zəng" tədbirləri iyunun 14-də günün I yarısında keçiriləcək".
APA -nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.
O bildirib ki, "Son zəng" tədbiri ilə bağlı Təhsil naziri tərəfindən müvafiq əmr imzalanıb: "Bakı Şəhəri üzrə Təhsil İdarəsində bu əmrin icrası ilə bağlı müvafiq əmr imzalanıb".
R. Tağıyev qeyd edib ki, "Son zəng" günü məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunub: "Son zəng" günü məktəblərdə təhlükəsizlik tədbirləri tam təmin olunacaq".
BŞTİ-nin müdiri şagirdlərə də müraciət edib. O, şagirdlərə "Son zəng" tədbirlərini məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edib.