228
10:33
13 İyun 2019

Azərbaycanla Aİ arasında yeni saziş nə vaxt imzalanacaq? - Yohannes Han AÇIQLADI

“Azərbaycanla yeni sazişin əldə edilməsi Aİ-nin əsas prioritetlərindən biridir”.
APA -nın məlumatına görə, bu sözləri Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu saziş tərəflər arasında intensivləşən əməkdaşlığın göstəricisi olacaq: “Azərbaycan Aİ-nin əsas tərəfdaşlarından biridir. Bizim üçün önəmlisi Azərbaycanda iqtisadiyyatın diversifikasiyası sahəsində səylərə dəstək verməkdir. Ötən il Azərbaycanda informasiya texnologiya sektoru 9 faiz artıb. Biz bu artımı dəstəkləməyə davam edəcəyik. Ümid edirəm ki, Azərbaycanla Aİ arasında yeni saziş çox yaxın zamanda imzalanacaq”.