210
12:26
13 İyun 2019

"Yanardağ" qoruğunda turistlər üçün qiymətlər AÇIQLANDI

"Avqustun 1-dən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğu fərqli qiymətlərlə xidmət göstərəcək, xarici vətəndaşlar üçün 9 manat olacaq".

APA -nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O bildirib ki, əgər turizm şirkətlərinin uzunmüddətli müqavilə üçün sübutu olsa, onlara köhnə qiymətlər tətbiq ediləcək: "Yerli turistlər üçün qiymət 2 manatdır. Xüsusi olaraq tələbələr üçün 1 manat, məktəblilər üçün isə pulsuzdur".
F.Nağıyev deyib ki, hazırda "Yanardağ"a çoxlu turistlər gəlir: "Gün ərzində 500-700 əcnəbi turist gəlir və hazırda da dinamika müşahidə edilir. Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik ki, hotellərdə, turizm informasiya mərkəzlərində "Yanardağ"la bağlı məlumatlar olsun".