150
13:25
13 İyun 2019

İngiltərə Premyer Liqasında yeni mövsümün start vaxtı açıqlandı

İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi açıqlanıb.
APA-nın məlumatına görə, 2019/20 mövsümünə avqustun 9-da start veriləcək.
Açılış oyununda “Liverpul” “Norviç”lə qarşılaşacaq. Digər oyunlar ayın 11-12-də keçiriləcək. Son çempion “Mançester Siti” “Vest Hem”i sınağa çəkəcək.
İddialılardan “Tottenhem” “Aston Villa” ilə, “Arsenal” “Nyukasl”la üz-üzə gələcək. İlk turun mərkəzi oyunu “Old Trafford”da baş tutacaq. “Mançester Yunayted” öz meydanında “Çelsi”ni qəbul edəcək.
Mövsümə 2020-ci ilin may ayının 17-də yekun vurulacaq.