261
02:41
15 İyun 2019

Türkiyədəki səfirliyimizdə “Azərbaycan Günü” keçirilib

Ankara şəhərində yerləşən Azərbaycanın Türkiyədəki səfirliyinin binasında “28 May - Respublika Günü”, “Azərbaycan diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi” və “Azərbaycan Silahlı Qüvvələr Gününün 100 illiyi” münasibətilə konsert təşkil edilib.
APA -nın Türkiyə bürosundan verilən xəbərər görə, tədbirin açılışında çıxış edən səfir Xəzər İbrahim Azərbaycan Demokratik Respublikası ilə bağlı, eləcə də Azərbaycan Diplomatik nümayəndəliyinin və silahlı qüvvələrinin yaranması haqqında məlumat verib.
Səfir qeyd edib ki, 1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən bu günədək Azərbaycan diplomatiyası çətin və şərəfli bir yol keçib.
Keçən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası bütün dünyaya ölkəmizin işğala məruz qaldığını və Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu çatdırıb və erməni yalanlarını alt-üst edib.
Tədbirdə Türkiyənin Gənclik və idman naziri Məhmət Məhərrəm Kasapoğlu və Ailə və Sosial Xidmətlər naziri Zümrüd Səlcuk, millıət vəkilləri, Azərbaycanın hərbi Attaşesi, əksər ölkələrin diplomatik nümayəndələri, sənətçilər, digər tanınmış şəxslər iştirak edibllər.
Nazir Məhərrəm Kasapoğlu “28 may - Respublika Günü” və “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi” münasibətilə təbriklərini çatdırıb.
Konsertdə “o səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov, gənc muğam ifaçısı Elvin Məmmədli və tanınmış balaban ifaçısı Əlixan Səmədov rəngarəng musiqilər ifa ediblər.