4916
10:09
16 İyun 2019

Tez-tez abort və spiraldan istifadə edənlərin NƏZƏRİNƏ

Uşaqlığın xoşxassəli şişi sayılan miomalara qadınların bir çoxunda rast gəlinir. Miomalar adətən böyük ölçülü olmayanda, narahatlıq yaratmayanda ona hər hansı müdaxilə olunmur. Ömrünün sonuna qədər miomalarla yaşayan qadınlaryetərincədir. Amma böyük ölçülü, ağrı yaradan miomalar əməliyyat olunaraq aradan qaldırılır.

Həkim-fitoterapevt Fizuli Hüseynovmiomaların təbii yolla müalicə üsullarından bəhs edib.e-tibb.azonun fikirlərini təqdimk edir:

Mioma diaqnozu qoyulan qadın təşvişə düşməməli, öncə şişin yerləşməsi və ölçüləri təyin olunmalıdır. Uşaqlığın daxilinə, yəni selikli qişaya yaxın yerləşən miomalar əzələ qatının üstündə yerləşənlərə nisbətən daha təhlükəlidir. Əgər mioma böyümürsə, onun demək olar ki, təhlükəsi olmur. Həmçinin yaşın 48-50-ni keçməsi də miomaların inkişaf ehtimalını azaldır, ümumiyyətlə 50 yaşdan sonra miomaların ölçüləri, adətən kiçilməyə başlayır.Miomaların əmələ gəlmə səbəbləri sona qədər araşdırılmasa da, tez-tez süni abort edənlərdə, spiraldan istifadə edənlərdə, zob xəstəliyində, həddən artıq piylənməsi olanlarda miomalar daha tez inkişaf edir. Qidalanmanın da rolu az deyil, belə ki, yağlı və zülallı qidaları çox yeyənlərdə miomalar daha çox aşkarlanır. Mioma böyüməyə davam etdikdə, təhlükəli hesab olunur, uşaqlıq qanaxmalarına, uşaqsalmaya, ağrılara səbəb ola bilir. Miomanın əmələgəlmə səbəblərindən biri hormonal balansın pozulması olduğundan onun müalicəsində orqanizmin estrogen-progesteron balansını tənzimləyən bitkilər istifadə olunur.

1. İlk növbədə yeməkdən başlanılmalıdır, zülallı və yağlı yeməklərin yerinə meyvə-tərəvəz qəbul olunmalıdır. Hər gün 1 stəkan kərəviz şirəsi, 2 gündən bir 1 stəkan cəfəri şirəsi, hər gün 1 stəkan cücərmiş yaşıl buğda şirəsi (hazırlamaq üçün cücərmiş buğdanın yaşıl hissəsi stəkana tökülür üzərinə su əlavə edilib blenderlə qarışdırılır), çaytikanı şirəsi, növbəli şəkildə çuğundur, kələm, gavalı, çiyələk, portağal, alma, kök şirələriiçilməlidir. Bu şirələr bədən mühitini dəyişdirir, bununla da miomaların inkişafını saxlayır. Yeməkdən əvvəl zeytun yağlı salatlar yeməyə vərdiş etmək vacibdir.

2. Bitki məcunu:

Dəmrovotu - 50 qr

Boymadərən - 50 qr

Adaçayı - 50 qr

Yovşan - 50 qr

At pıtrağı kökü -50 qr

Zəncəfil - 50 qr

Gülümbahar çiçəyi - 50 qr

Propolis - 50 qr

Bal - 2 kq

Bitkilər üyüdülərək toz formasına salınır, balla qarışdırılır, propolis isə əvvəlcə soyuducuda dondurulur, sonra süzgəcdən keçirilir və məcunun içinə əlavə olunur. Gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yeyilir.

3. Üç ay boyunca gündə 1 dəfə yeməkdən 50 dəqiqə əvvəl 1 çay qaşığı qara zirə yağı içilir.

e-tibb.az