281
11:00
16 İyun 2019

Qubada minik maşını krana çırpıldı: ölən var

Bu gün səhər saatlarında Quba rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb.
27 yaşlı Nügədi kənd sakini Şahbaba Hüseynov idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə yol kənarındakı qaldırıcı krana çırpılıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.