1149
12:13
16 İyun 2019

Badımcan salatını belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımıza davam edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Biş-düş Babayeva”" adı ilə məşhur olan ustanın badımcan salatını necə hazırlaması ilə tanış edəcəyik.

Badımcan salatının tərkibi:

4 orta boy badımcan, 3 orta boy kök, 2 orta boy soğan, 4 balaca xiyar turşusu, 300 toyoğun sinəsi, 1 st qoz, bitgi yağı, xama, mayonez, duz, istiot.

Hazırlanması:

Badımcanları və soğanı soyuru, incə-incə doğrayıb yağda qızardırıq. Sonra kökü sürtgəcdən keçirib qızardırıq. Daha sonra toyuğun sinə ətini bişirilib doğranılır. Eyni qayda ilə qoz və xiyar turşusunuda doğrayıb salatı düzəltməyə başlayırıq.

Öncə boşqaba smetan və mayonezi çəkirik, birinci qata qızardılmış badımcanları düzürük. Sonra mayonez və smetan çəkib kökü əlavə edirik. Üçüncü qata da mayonez və smetan çəkib, soğan əlavə edilir. Daha sonra eyni qata həm xiyar turşusu, həmdə qoz düzürük. Üstünə yenə mayonez və smetan çəkib toyuğun doğranılmış sinə ətini əlavə edirik, Sonuncu qatı da semtan mayonez vurub qozla bəzəyirik.

Soyuducuda 3-4 saat saxlayıb süfrəyə veririk.

Nuş olsun!