1460
16:00
16 İyun 2019

DİQQƏT! Bu yolla həyatınızı tamamilə dəyişin – BÜTÜN SİRLƏR AÇILDI

Türkiyədə daha çox istifadə olunan “Yaşam koçu” ifadəsini dilimizdə həyat rəhbəri kimi ifadə edə bilərik. Azərbaycanda bu sahə inkişaf etməyib. Demək olar ki, yaşam rəhbərliyi ilə məşğul olanlar, bu sahədə təlim aparanlar yoxdur.

Qonşu Türkiyədə “Yaşam koçluğu”, eləcə də şüuraltı təlimi geniş yayılıb.

Bəs bu təlimlər insanlara problemlərini həll etməkdə necə kömək olur və təlimçilər buna necə nail olurlar? Həyat rəhbərləri insanlara nələri öyrədir, hansı problemlərin həllində yardımçı olurlar? Ümumiyyətlə, şüuraltında toplanan neqativ fikirləri təmizlədikdən sonra insanın həyatında müsbətə doğru dönüş necə yaranır?

Mövzu ilə bağlı Lent.az -ın suallarını Türkiyədə həyat rəhbərliyi fəaliyyəti ilə məşğul olan, eyni zamanda şüuraltı təlimi üzrə mütəxəssis Həsən İldırım cavablandırıb.

-Həsən bəy, hansı sahə üzrə təhsil almısınız?

- SamsunOndokuz Mayıs Universitetində kömpüter proqramçısı ixtisasına yiyələnmişəm. Universiteti bitirdikdən sonra Ülkər şirkətinin Bodrum-Fəthiyə üzrə bölgə müştəri təmsilçisi kimi fəaliyyətə başladım. Daha sonra İstanbul Boyük Şəhər Bələdiyyəsində işlədim.

Bələdiyyədə çalışdığım illərdə paralel olaraq şəxsi inkişaf, mənəvi inkişaf (süpritüel) sahəsində dərslər aldım. Aldığım dərslərdən sonra ətrafımda sahəyə olan ehtiyacı gördüm və bu sahə ilə məşğul olmaq qərarına gəldim.

- Bəs necə oldu ki, həyat rəhbərinə, şüuraltı təliminə ehtiyacınız yarandı və bu sahələrin Türkiyədə bəlli bir təhsil sistemi varmı?

- Əslində, mənim bu cür dərslərin verildiyindən xəbərim yox idi. Əvvəlcə uğurlu karyeram olsa da, sonradan işlərimdə problemlər yarandı. Bu mərhələdə həyat rəhbəri, pedaqoq, bioenerji və şüuraltı üzrə mütəxəssis Həmidə Kurubal ilə tanış oldum. Və bir müddət ondan seanslar aldım. Qarşıma çıxan problemlər bir-bir həllini tapınca bu peşəyə olan marağım artdı. Özüm özümə sual verdim ki, nə üçün mən də bu sahə üzrə təlimçi olmayım? Bundan sonra Həmidə xanımdan dərslər almağa başladım. Bu sahə üzrə təhsil məktəblərdə verilmir. Bəlli insanlar yaratdıqları təhsil sistemi vasitəsilə və Avropa dövlətlərindən gətirdikləri təhsil modelini bizlərə çatdırırlar.

- Şüuraltı təlimçi ilə psixoloqun fərqi nədir? Nə üçün problemi olan insanlar psixoloqa deyil, sizin yanınıza gəlməlidir?

-Mənə ən çox verilən suallardan biri də həyat rəhbərləri ilə psixoloqların arasındakı fərqin nədən ibarət olmasıdır. Belə deyək, nə zaman psixoloqun, nə zaman yaşam rəhbərinin yanına getməliyik? Bu suala həyat rəhbərinin fəaliyyət mərhələsini anlataraq cavab vermək istəyirəm. Biz, həyat rəhbərləri Türk Həkimləri Birliyinin "normal" adam kimi xarakterizə etdiyi insanlara işləyirik. "Normal" insan demək dərdi, sıxıntısı olmayan deyil. Hər hansı bir psixiatrik xəstəliyi olmayan və reseptlə dərman istifadəsinə ehtiyacı olmayan insan deməkdir.

Psixoloqlarla ən böyük fərqimiz isə “səbəblərlə” deyil, “necə”lərlə maraqlanmağımızdır. Problemin qaynağı bəlkə də keçmişinizdən, uşaqlıq dövrünüzdən başlayır. Biz yanımıza gələnlərə işləyəndə çalışırıq ki, problemin həlli üzərində dayanaq. Bəli, burada bir problem var və onsuz da gələn adam problemini dilə gətirir. Bəzən də özü problemi müəyyən edə bilmir. Probleminin nə olduğunu tam danışa bilməsə də, biz hiss edə bilirik.

Həyat rəhbəri yalnız problemi olan fərdlərin deyil, həyatını yaxşılaşdırmaq, həyat keyfiyyətini artırmaq istəyən və özünü tanımaq istəyən hər kəsin keçməsi lazım olan həyəcanlı bir səyahətdir. Yaşam rəhbəriniz də bu səyahətdə sizə yoldaşlıq edəcək bir yol yoldaşınızdır. Sizcə, həyatınızda fərq yaratmağın və özünüzə yeni daha keyfiyyətli bir həyat hədiyyə etməyin zamanı gəlmədimi?

- Verdiyiniz təlimlə konkret olaraq hansı problemlərin həllində insanlara yardım edirsiniz?

- Fərdlərin ruhən və fiziki olaraq yaşamış olduqları problem və xəstəliklərlə birbaşa maraqlanır və bir vasitəçi kimi sağlam fərd olaraq həyatlarına davam etmələri üçün məqsədyönlü şəkildə seanslarımızı veririk. Təhsil aldıqdan sonra “biz də bu işlə məşğul olmaq istəyirik” - deyən müştərilərimiz olur. Bundan sonra whatsapp üzərindən özlərinə və yardım üçün onlara müraciət edən insanlara köməkçi olmağa çalışır və birlikdə inkişaf edirik.

-Günümüzün vacib məsələlərindən biri insanlar arasında qarşılıqlı əlaqələrin qurulmasıdır. Bu gün normal olmayan ünsiyyət istər ailədə, istərsə iş həyatında ciddi problemlər yaradır. Düzgün ünsiyyət necə qurulmalıdır?

-Sağlam bir ünsiyyətin olmazsa-olmaz doğruları var. Bunlardan ən birincisi isə təbii olmaq, anlayışı əldən verməmək, eqoya təslim olmamaq, hörmət gözləmək, empati qurmaq qabiliyyətinə malik olmaq, ardıcıl olmaq, güvən vermək, höküm verməmək, açıq və faydalı, qurucu olmaq, doğru sözlərdən istifadə etmək, insanları deyil, problemi müzakirə etmək, qayğıkeş, diqqətcil və fərqində ola bilməkdir. Sağlam və təsirli əlaqə yarada bilmək ilk həyata keçirilməli olan qaydalardandır.

Bunun əksinə olaraq ünsiyyətə mənfi təsir edən tez-tez təkrarlanan xətalar var.

Bunlardan ən başda gələni əmr formasında danışmaq, təhdid edən cümlələr işlətmək, mövzunu başqa səmtə çəkmək, qarşıdakı insanı sınamaq, tənqid etmək, uzun-uzadı mühazirə, mühakimə etmək, qarşıdakını birbaşa günahkar hesab etmək və lağ-lağı ittihamlar insanlar arasındakı ünsiyyətin ən böyük düşmənidir.

-Bu gün qadın və ya kişi fərq etmədən insanları narahat edən problemlərdən biri də artıq çəki problemidir. Şüuraltı təlimi ilə insan öz artıq çəki problemini həll edə bilərmi?

- İnsanların artıq çəkili, eləcə də arıq olmaları özlərini inandırdıqları və qəbul etdikləri mənasız inamlardan qaynaqlana bilir. Çəki alan insanlar beyinlərində dolanışıq çətinliyi və güclü olmaq kimi məfhumlardan birini mənimsəyərkən , arıq olanlar “kök olsam ölərəm” kimi qorxular yaradırlar.

-Şüuraltı təlimi sayəsində insanda hansı xüsusiyyətləri formalaşdırmaq mümkündür?

-Seanslarımızın sonunda şüuraltına yerləşdirilən neqativ enerjidən təmizləndikcə insanda bir oyanma meydana gəlir. Hadisələrə baxış forması dəyişir, insanlarla ünsiyyəti daha səviyyəli olur. Özünə inamı o qədər yüksəlir ki, özünə və ailəsinə, işinə daha faydalı insan olur. Atalarımızın da dediyi kimi “alimlə oturan alim olar”. İnsanlar özlərinə yeni bir mühit quraraq məlumatlı və inkişafa açıq bir ata-ana olurlar. Düşünün ki, bu gün əlimizdə olan telefonların fəaliyyət sistemi durmadan yenilənir. Biz bir insan olaraq özümüzü inkişaf etdirməzsək, ailəmizə və özümüzə heç bir fayda verə bilmərik. Məsələn, həyat yoldaşınızın, dostunuzun, uşaqlarınızın, ilk dəfə qarşılaşdığınız bir insanın xarakterini və psixoloji vəziyyətini qısa zamanda çözə bilərsiniz. Sevgilinizin sizə uyğun həyat yoldaşı namizədi olub-olmadığını anlaya bilərsiniz. Həqiqətən aşiq olub-olmadığınızı, sevdiyiniz insanın sizi sevib-sevmədiyini az vaxtda öyrənə bilərsiniz. Övladınızla 10 dəqiqəlik söhbətlə dərslərdə uğur qazanmasına kömək edə bilərsiniz. Övladınızın hiperaktivliyini tək seansla ortadan qaldıra bilərsiniz. Qorxularınızdan uzaqlaşmaq, siqaret və artıq çəkidən qurtarmaq yollarını öyrənmiş olacaqsınız.

-Bu gün insanların şüuraltını daha çox nələr çirkləndirir və mənfi emosiyalarla dolu bir şüuraltı insana hansı fəsadlarla geri dönür?

-Türkiyədə şüuraltı təmizliyi üçün daha çox məktəb və ya müəssisə imtahanları stresi, həyat yoldaşı və sevgililər arasındakı ünsiyyət problemi, artıq çəki və mənfi inançlar, bəzi fizki problemlər və sairlə bağlı müraciətlər olunur. Bundan başqa insanlar üzləşdikləri müxtəlif problemlərin çözümü ilə bağlı, özlərini inkişaf etdirmək üçün sosial medya və telefonlarımız vasitəsilə bizimlə əlaqə yaradırlar.

-Türkiyədə bu təlimlərin qiymətləri necədir?

-Hazırda verdiyimiz iki fərqli təhsil forması var var. Bunlardan biri frekans təlimi, digəri isə simvolik şüuraltı təlimidir. Türkiyədə təhsil və seanslarımız 200 və 400 dollar arasında dəyişir. Təlim müddəti 8-lə 12 saat olaraq dəyişir.

-Müsbət enerjimizi necə qorumalıyıq?

-Enerjimizi salanlardan uzaqlaşmaq yerinə enerjimizi nə artırırsa ona yaxınlaşmaq, onlarla ünsiyyətdə olmaq pozitiv davranış və düşüncələri həyatımıza əlavə etmək daha doğru olar və beləcə həyata daha pozitiv baxarıq.

Müsahibəni oxuyan hər kəsə, Sizə və əməkdaşlarınıza sağlamlıq, xoşbəxtlik, bərəkət və hüzur arzu edirəm.