433
17:26
16 İyun 2019

Messinin məğlubiyyət şərhi - "Başımızı qaldırmalıyıq"

"Bu məğlubiyyəti qəbul etmək çətindir. Ancaq müsbət anları götürmək məcburiyyətindəyəm və növbəti matçlar haqqında düşünürəm”.
Bu sözləri Argentina yığmasının kapitanı Lionel Messi deyib.
O, Amerika kubokunun ilk turunda Kolumbiyaya uduzduqları (0:2) oyunu şərh edərkən hələ heç nəyin itirilmədiyini bildirib: “Turnirdə hələ şansımız var, buna görə başımızı qaldırmalı və hərəkət etməmiz lazımdır. Artıq bu barədə yox, irəli addım atmalıyıq. Paraqvaylarla qarşılaşma həlledici olacaq".
(qol.az)