384
16:08
16 İyun 2019

“Neftçi” fransalı hücumçunun transferini rəsmiləşdirib - VİDEO

Bakının “Neftçi” klubu növbəti transferini rəsmiləşdirib.
APA -nın məlumatına görə, paytaxt təmsilçisi fransalı hücumçu Stiven Monrozun komandaya qoşulduğunu açıqlayıb.
Son iki mövsümü “Qəbələ”də keçirən 29 yaşlı forvardla 2 il müddətinə müqavilə bağlanıb. Yeni mövsümə Türkiyədə hazırlaşan komandanın düşərgəsində olan S.Monroz Premyer Liqada keçirdiyi 47 oyunda 15 qol vurub.
29 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 28 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, S.Monroz bu yay “Qəbələ”dən “Neftçi”yə keçən 3-cü futbolçudur. Onadək Rauf Əliyevlə Voislav Stankoviç də paytaxt klubuna keçib.