803
18:31
16 İyun 2019

Həkimin açıq-saçıq şəkilləri... - Mentalitetə ziddir - FOTO

Sosial şəbəkələrdə açıq-saçıq şəkillərini yayan həkimin lisenziyası əlindən alınıb.
Lent.az Sputniknews-a istinadla xəbər verir ki, myanmarlı həkim, 28 yaşlı Nang Mwe San-ın lisenziyası əlindən alınıb.
Həm modelliklə məşğul olan, həm də həkimlik edən Nang açıq-saçıq şəkillərinə görə sənətindən olub.
Myanmar Medikal şurası Nangın açıq-saçıq şəkillərinə görə onu vəzifəsindən kənarlaşdırıb, tibbi lisenziyasını ləğv ediblər.
Onun lisenziyasının ləğv olunma barədə sənədi sosial şəbəkədə yayılıb, etiraz doğurub. Sənəddə qeyd olunub ki, bu tip açıq-saçıq şəkillər Burma mentalitetinə ziddir.
Qeyd edək ki, Nangın sosial şəbəkədə 500 mindən çox izləyicisi var.