353
21:55
16 İyun 2019

Ərdoğandan S-400 açıqlaması: iyulun birinci yarısında çatdırılacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın S-400 raket müdafiə sistemləri ilə bağlı növbəti açıqlamasını səsləndirib: “Biz Rusiya ilə S-400 məsələsini müzakirə etdik. Həqiqətən S-400 məsələsi həll edilib”.
APA “Voise News”a istinadən xəbər verir ki, bunu Ərdoğan Tacikistanda Rusiya prezidenti Vladimir Putinlə görüş keçirdiyi sammitdən qayıdarkən təyyarədə müxbirlərə bildirib.
O qeyd edib ki, sözügedən raket sistemlərinin Türkiyəyə iyulun birinci yarısında çatdırılacağı gözlənilir.