459
22:19
16 İyun 2019

Şəkidə 14 yaşlı yeniyetmə intihar edib

Şəkinin Oxut kəndində intihar hadisəsi qeydə alınıb.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.
Kənd sakini, 2005-ci il təvəllüdlü Elgün Kəmran oğlu Məmmədlinin meyiti yaşadığı evin həyətyanı sahəsində ağacdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 14 yaşlı E.Məmmədlinin intihar etməsinin səbəbi məlum deyil.
Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.