215
03:38
17 İyun 2019

Şəkidə 18 yaşlı şəxsi sahibsiz it dişləyib

Şəkidə axşam saatlarında rayonun Qudula kənd sakini, 2001-ci il təvəllüdlü Laçın Elçin oğlu İbrahimxəlilov it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
APA -nın şimal-qərb bürosuna Tibb müəssəsindən bildirilib ki, L.İbrahimxəlilova yaşadığı kəndin ərazisində, küçədə sahibsiz it hucum edərək onun sağ ayağının baldır nahiyəsinin arxa səthindən dişləyərək xəsarət yetirib. L.İbrahimxəlilova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.