872
13:13
17 İyun 2019

Lənkəranda 3 uşaq anası çayda boğuldu - YENİLƏNİB

Lənkəranda 3 uşaq anası ehtiyatsızlıqdan çaya düşərək dünyasını dəyişib.

APA -nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Sütəmurdov kəndi ərazisində qeydə alınıb.
Ukrayna vətəndaşı olan 1956-cı il təvəllüdlü Solmaz Sahib qızı Nəsirova sahildə olarkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub. Onun meyiti çaydan çıxarılaraq daxili və xarici müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Mərhumun bacısının dediyinə görə, 3 uşaq anası olan S.Nəsirova astma xəstəliyindən əziyyət çəkirmiş və ehtimal ki, təmiz hava qəbul etmək üçün çay sahilinə gedib.
Faktla bağlı araşdırma aparılır.

10:40

Lənkəranın Lənkaran çayından meyit tapılıb.

Lent.az FHN-ə istinadla bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.