5035
13:02
17 İyun 2019

Azərbaycanda DƏHŞƏT: bir ailənin 3 üzvü qətlə yetirildi - YENİLƏNİB

Ağstafada kütləvi dava zamanı yaralananların adları məlum olub.
APA -nın yerli bürosunun məlumatına görə, yaralanan şəxslər bunlardır:
1964-cü il təvəllüdlü Əhmədov Lilpar Baba oğlu;
1999-cu il təvəllüdlü Abdullayeb İbrahim Rasim oğlu;
1951-ci il təvəllüdlü İsayev Nüsrət Məhəmməd oğlu;
1961-ci il təvəllüdlü Həsənov Rəsul Abbas oğlu.
12:05
Ağstafada kütləvi qətl törədən şəxsin və ölənlərin adları məlum olub.
APA -nın yerli bürosunun məlumatına görə, kütləvi dava zamanı insanlara oldu silahdan atəş açan şəxs 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğludur.
Ölənlərin 3-ü bir ailənin üzvləridir. Bunlar Musayeva Şərqiyyə, Musayev Şəmsəddin və Musayev Novruzdur. Ölən digər şəxsin adı dəqiqləşdirilir.
11:31
Ağstafadakı kütləvi dava zamanı 2 nəfərin saxlanıldığı deyilir.
APA -nın yerli bürosunun məlumatına görə, nəsillər arasındakı köhnə ədavət cəzaçəkmə müəssisəsindən yeni qayıdan şəxsə görə qızışıb.
11:16
Ağstafa rayonunda kütləvi dava olub.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Böyükkəsik kəndində qeydə alınıb.
Kütləvi dava zamanı 3 nəfər qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb. Bildirilir ki, dava nəsillər arasında davam edən uzun müddətli münaqişədən qaynaqlanıb.