789
11:57
17 İyun 2019

“İndiki vəziyyətimlə əsil seks-simvolam” - Andrey Xaritonov

Kinematoqrafiyanın ən yaxşı Ovodu
Yalnız “Ovod” filmindəki Ovod roluna görə Andrey Xaritonov Komsomol mükafatı, Şevçenko adına mükafat, Monte-Karloda ən yaxşı kişi roluna görə “Qızıl Nimfa” alıb. Qalan digər mükafatları çəkildiyi başqa obrazların payına düşür.
Dörd yaşından başlanan sevgi
Andrey Xaritonov 1959-cu ildə Kiyevdə anadan olub. alideynlərinin incəsənətə qətiyyən aidiyyatı olmayıb. Atası mühəndis, anası isə müəllimə idi. Andrey fizika-riyaziyyat təmayüllü orta məktəbdə təhsil alırdı, amma gözəl rəsm çəkmək qabiliyyəti vardı. Ona görə də bütün gələcəyini xəyalən memarlıqla bağlayırdı.
Amma bir istəyi də vardı - kino. Kinoya isə hələ dörd yaşından “Fanfan-Tulpan” filminə baxdıqdan sonra vurulmuşdu. Bu vurğunluq orta məktəbi bitirəndə qərara çevrildi və Andrey teatr institutuna qəbul olundu.
İkinci kursun sonlarında Andrey birdən-birə qərarının düzgünlüyünə tərəddüd etməyə başladı və istədi ki, memarlıq institutuna keçmək istəyi barədə ərizə yazsın. O bu düşüncədə ikən tale tamam başqa bir şey diktə etdi. Rejissor Nikolay Maşenko ona “Ovod” televiziya filmində Rivaresi oynamaq təklif etdi.
Ovod onun ən ilk və ən mürəkkəb obrazı oldu. Xaritonov özü bu barədə deyir: “Həmin filmin çəkilişlərinin başlanması mənim ad günümlə üst-üstə düşdü. 20 yaşım olurdu və həmin gün məni mağarada divara bağlı vəziyyətdə rola daxil olmağım üçün qoyub çəkiliş qrupu nahar fasiləsinə çıxdı. Həmin an anam gəlib çıxdı, rejissor onu kənara çəkib - əgər oğlunuzun böyük aktyor olmasını istəyirsinizsə onun bu sınağına siz də dözməlisiniz-dedi. Hamı getdi, qrim sexinin rəhbəri gizlincə gəlib mənə həm ad günüm münasibəti ilə, həm də donmayım deyə bir az araq verməsəydi yəqin ki, mən bu sınaqdan yaxşı çıxmazdım. İçib sakitcə qandallarda, suyun içində Ovod olma prosesini yaşadım”.
Tərəddüdün taleyə süqutu
Andrey Xaritonovun bəxti gətirdi onun pedaqoqlarının Ovod barədə ona öyrətdikləri ilə rejissor Maşenkonun düşüncələri üst-üstə düşürdü. Ovod ilkin variantdan çox da uzaqlaşmadan yeni düşüncənin məhsulu oldu. Bu yolda Andreyə tərəf müqabilləri Sergey Bondarçukla Anastasiya Vertinskaya da az kömək olmadılar. Onların inbam və etibarı sənətə başlamaqad olan aktyora çox dəstək oldu.
Bu filmə görə aktyor çox mükafatlar aldı, amma özü də etiraf edir ki, ən böyük mükafat tamaşaçı sevgisi idi. Andrey Ovodla ümumittifaq məhəbbəti qazandı. Filmin ilk seriyası nümayiş olunan günün səhərisi Andrey Xaritonov küçədə bir addımını belə rahat, dayanmadan ata bilmirdi. Onu hər addımbaşı saxlayıb nə isə deyir, yaxud sakitcə bağırlarına basırdılar. Elə bil əllərinə konkret olaraq Ovodun özü düşübmüş kimi. Bununla belə Andrey Xaritonov bu gün də şəxsi avtomobil almayıb, həmişə Sovet yazıçılarına xas adətlə xalqın arasında olmağı xoşlayır, ictimai nəqliyyatla, xüsusilə metro ilə gedib-gəlir: “Mən metroda özümü balıq suda hiss etdiyi kimi hiss edirəm. Tamaşaçılar da əvvəlki kimi tanımırlar məni. Əvvəl hər addımda “Ovod”, “Gözəgörünməz adam” filmlərinin qəhrəmanı kimi qarşılanardım, indi həmin filmlərə baxan tamaşaçı artıq yəqin ki, mənim öldüyümü zənn edir və məni o aktyor hesab etmirlər. Yəqin yaxşı aktyoram ki, kinodakı adama bənzəmirəm və bir rolum o birini xatırlatmır”.
Bu roldan sonra Andrey Xaritonov çox obrazlar oynadı kinoda. Fərqli obrazlar və tamam ayrı-ayrı sosial mühitin adamlarını yaratdı, amma hər birində Ovodla başlanan bir xətt davam edirdi – lirik qəhrəman.
Andrey özü ən sevimli rolları sırasında Maksim Qorkinin əsərləri əsasında çəkilmiş “Klim Samqinin həyatı” filmindəki Turoboev rolunun adını çəkir.
İndi seks-simvolam
Andrey Xaritonov 1983-cü ildə Kiyevdəki mənzilini Moskvaya dəyişir və Kiçik teatra işləmək üçün müraciət edir. Teatrın rəhbəri bu müraciəti istehza ilə qarşılayır: “Balam, sən ki, kino ulduzsan neynəyirsən teatrda işləməyi?”
Andrey Xaritonov artist olmaq maraqlıdır, özümü yoxlamaq istəyirəm-deyə cavab verir. Mixail Sarev- hə, maraqlıdır, yoxla-deyə gülümsəyir.
Onun teatr fəaliyyəti kino fəaliyyətindən geri qalmırdı. Yalnız tamaşalarda rollar oynamırdı Xaritonov teatrda onun adı ilə yeni layihələr üzə çıxırdı. Yeni planlar, layihələr, amma bir gün kino rejissoru ona – ya layihələrinlə məşğul ol-teatrda qal, ya da kinoda-deyə hökm oxuyur.
“Mən Kiçik Teatrın truppasını kinoya qurban verməli oldum. Mən gedəndə teatrın rejissoru dizinə vurub - niyə məhz kim arzuolunandırsa o, teatrdan gedir? –dedi. Minskdə, Yaltada səhnəyə qoyacağım tamaşaların dekorasiyaları “yetim” qaldı”.
Andrey kinonu həmişə incəsənətin ən yüksək janrı hesab edib. Onun sevimli məşğuliyyəti də saysız dərəcədə kinolara baxmaqdır. 80-ci illərdə hələ Hollivudun Sovet məkanı üçün qapalı olduğu bir vaxtda Xaritonovun baxmadığı Hollivud filmi yox idi. “Bakirəlik epoxası” filmi onun ən çox sevdiyi filmdir.
Bu məhəbbətin nəticəsi isə “Ehtiras yanğısı” filmi oldu. Andrey Xaritonov ssenarini də yazdı, maliyyə də tapdı və filmi çəkdi. Film “rejissor debütünə görə”, “seçilmişlər arasında ən yaxşı filmə görə” mükafatlarını müxtəlif festivallarda aldı.
Sonralar Andrey Xaritonov televiziyada da, teatrda da çalışır, amma kino həmişəki kimi onun əbədi işi olur. Bir-birinin ardınca çəkilir və özü film çəkir.
Andrey Xaritonov çox az Rusiya aktyorlarındandır ki, onun şəxsi həyatı barədə heç kim heç nə bilmir, çünki aktyor özü bu barədə heç vaxt təfsilata varmır. Hələ o vaxtlardan ki, onu Sovet kinosunun seks-simvolu hesab edirdilər, Xaritonovun kiminlə harda olduğunu heç kim bilə bilməzdi. Məlum olan odur ki, xanımının adı Olqadır və onların övladları olmur.
Həyatının və yaradıcılığının bir dövründə Andrey Xaritonov içkiyə qurşandı. Bir – neçə il bu aludəçilik davam etdi və aktyor o illəri itirilmiş hesab edir. Nə yaxşı ki, özündə güc tapıb bu zərərli vərdişdən xilas ola bildi. Bunun üçün aktyor özü həkim tapıb müalicə olundu.
Ömrünün ahıl yaşında Andrey Xaritonov bir qənaətə gəlib - əgər səni xatırlayır və sevirlərsə onları məyus etməyə haqqın yoxdur. Öz həyatını yaşa, amma səni sevənləri də sevindirməyi bacar – həyatın mənası budur ”.
Andrey Xaritonov indi özünü gəncliyində olduğundan daha cazibadar hesab edir: “Bir vaxtlar mənə Sovet kinosunun seks-simvolu deyənlərə gülməyim tuturdu. O qırışları, kişilik rəmzlərini ki, bir vaxtlar üzümdə qrim vasitəsilə alırdılar, indi onlar öz simamda var. Əsil seks-simvol indiki vəziyyətimdir”.