338
13:53
17 İyun 2019

Afrikalı futbolçu "Səbail"dən ayrıldı

“Səbail”in futbolçusu Maudo Jarjue komandanı tərk edib.
Lent.az -ın məlumatına görə, bu barədə qol.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev bildirilb. Onun sözlərinə görə, qvineya-bisaulu müdafiəçi ilə yeni müqavillə bağlamaq istəsələr də futbolçu buna müsbət cavab verməyib:
“Meneceri Jarjuenin başqa təkliflərinin olduğunu dedi. Futbolçu buna görə getmək qərarına gəlib. Onun əvəzinə bir və ya iki müdafiəçi almaq istəyirik”.
Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin yayından “Səbail”də çıxış edirdi.