386
15:24
17 İyun 2019

Avtomobil beton maneəyə çırpıldı: sürücü hadisə yerində öldü

Abşeron rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı beton maneəyə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü 1979-cu il təvəllüdlü Ocaqverdiyev Vüqar İnqilab oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.