412
15:56
17 İyun 2019

Xırdalanda hündürlükdən yıxılan 32 yaşlı kişi öldü

Abşeronda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, 1987-ci il təvəllüdlü Şamil Sərdar oğlu Ələkbərov Xırdalan şəhəri ərazisində iş görərkən hündürlükdən yıxılıb.
Ağır bədən xəsarətləri alan Ş.Ələkbərov hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.