314
16:42
17 İyun 2019

Poqbanın yerinə Koutinyo və Rakitiç

“Mançester Yunayted” komandadan ayrılacağını açıqlayan Pol Poqbanın yerini doldurmaq üçün hərəkətə keçib.
Lent.az qol.az-a istinadən xəbər verir ki, “mankunyanlar” “Barselona”nın yarımmüdafiəçiləri Filippe Koutinyo və İvan Rakitiçi transfer etməyi planlaşdırır. Bununla bağlı yaxın günlərdə Kataloniya klubuna rəsmi təklif göndəriləcəyi bildirilir.
Qeyd edək ki, Koutinyo ötən mövsüm La Liqada 34 oyuna 5 qol vurub, 2 qol ötürməsi edib. Rakitiç isə 34 oyuna 4 qol vurub, 5 məhsuldar ötürmə verib.