439
18:10
17 İyun 2019

İranın Təhlükəsizlik Şurasının baş katibi Moskvaya gedir

İranın Təhlükəsizlik Şurasının baş katibi və İranın dini liderinin nümayəndəsi Əli Şəmxani sabah Moskvaya səfər edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, Ə.Şəmxani dünya ölkələrinin təhlükəsizlik məsələləri üzrə ali nümayəndələrinin X beynəlxalq iclasında iştirak edəcək.
Rusiyanın Ufa şəhərində keçiriləcək və iki gün davam edəcək iclasda İran rəsmisi çıxış edəcək.
Səfər çərçivəsində iclasda iştirak edən ölkələrlə siyasi, hərbi və təhlükəsizlik sahəsində müştərək əməkdaşlıqlarla bağlı müzakirələr aparılacaq.