293
19:21
17 İyun 2019

Sumqayıtda maşın aşdı: 3 nəfər yaralandı

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
"Volkswagen Passat" markalı avtomobilin sürücüsü idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarına aşırıb. Hadisə nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.