254
18:52
18 İyun 2019

FHN Yevlaxda qəbiristanlıqda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Yevlax şəhərinin Yuxarı Qarxun kəndində baş verən yanğınla bağlı məlumat yayıb.
APA -nın AHN-ə istinadən verdiyi məlumata görə, Yevlax şəhərinin Yuxarı Qarxun kəndində 1 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
17:23
Yevlaxda qəbiristanlıqda yanğın olub.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qarxun kənd qəbiristanlığında baş verib. Yanğın qəbiristanlığın geniş ərazisini əhatə edib.
Alovun söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.