149
17:26
18 İyun 2019

Şamaxıda yük maşını dərəyə aşıb, sürücü ölüb

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Çöl Göylər kəndində qeydə alınıb. "KamAZ" markalı yük avtomobili yoldan çıxaraq, 30 metr hündürlükdən dərəyə aşıb. "KamAZ"ın sürücüsü, 1964-cü il təvəllüdlü Sərdar Məmmədov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.