700
17:27
18 İyun 2019

Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 27% artıb

Bu ilin yanvar-may ayarı ərzində Azərbaycanla Avropa İttifaqı ölkələri arasında aparılan ticarət dövriyyəsinin həcmi 5 818 360,30 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,6% çoxdur.
APA -Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 31,8% artaraq 4 820 977,92 min dollar, idxal isə 6,5% artaraq 997 382,38 min dollar təşkil edib.
Cari ilin yanvar-may aylarında 3 823 595,54 min dollarlıq müsbət ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 40,6% çoxdur.