219
17:32
18 İyun 2019

Qurban Qurbanov: “Həddindən artıq ciddi və diqqətli olmalıyıq”

“Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq. Albaniya klubları çox intizamlı oyun göstərirlər”.
APA -nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli çalışdırıcı Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünə münasibət bildirib. Onun sözlərinə görə, Albaniya çempionu "Partizani" ilə qarşılaşacaq Ağdam təmsilçisini heç də asan oyunlar gözləmir: “Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış rəqib deyil. Ötən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq. Həm məşqçi dəyişikliyi, həm də yeni transferlər ola bilər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq".
Qeyd edək ki, “Qarabağ” ilk matçı səfərdə keçirəcək.