275
17:44
18 İyun 2019

“DOST 2020-2025” proqramı hazırlanır

"Hazırda “DOST 2020-2025” proqramı hazırlanır".
APA xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.
Onun sözlərinə görə, bu proqram DOST Agentliyinin bütün sahələr üzrə ümumi strategiyasını müəyyən edəcək: "Biz könüllülüklə bağlı üç proqram həyata keçiririk. Bu proqramlardan ikisi artıq həyata keçirilib, biri isə plandadır. Onlayn könüllülük proqramına çox yaxın zamanda start verəcəyik. Burada müxtəlif layihələr və mikrolayihələr həyata keçirəcəyik. Bu layihələr əsasən konsultasiya, yardım əsaslı, eyni zamanda təlim, maarifləndirmə sahəsində olan proqramlar olacaq. Paralel olaraq müəyyən mikrolayihələr də həyata keçirəcəyik ki, əlilliyi olan şəxslərə müəyyən texniki yardımlar edilməsini, onların normal həyata adaptasiyasını, eyni zamanda da işgüzar həyata cəlbini təşkil edək. Bu sahədə müəyyən innovativ layihələrlə bağlı addım atmağı da planlaşdırırıq".