336
17:53
18 İyun 2019

“Neftçi” və “Səbail”in Avropa Liqasındakı rəqibləri dəqiqləşdi

Azərbaycanın Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək komandaların rəqibləri müəyyənləşib.
APA -nın məlumatına görə, “Neftçi” və “Səbail”in 2019/20 mövsümündəki ilk rəqibləri UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatmada bilinib.
Avrokuboklarda təcrübəli olan “Neftçi” Moldovanın "Speranta" klubu ilə üz-üzə gələcək. Bakılılar ilk oyunu evdə keçirəcək.
Qitəmiqyaslı turnirlərdə debüt edəcək “Səbail” isə Rumıniyanın "Universtatya" klubu ilə qarşılaşacaq. Aftandil Hacıyevin yetirmələri ilk oyunu Bakıda olacaq.
Avropa Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-də, cavab matçları 18-də baş tutacaq.
Qeyd edək ki, sabah turnirin II təsnifat mərhələsinin püşkü atılacaq. “Neftçi” və “Səbail”in yer aldığı cütlərlə yanaşı, ilk raunddan azad olan “Qəbələ”nin də rəqibi bəlli olacaq.