238
17:58
18 İyun 2019

Elçibəyin xanımı üçün Heydər məscidində mərasim keçiriləcək

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı, mərhum Həlimə Əliyeva üçün Bakıda - Heydər məscidində mərasim təşkil olunacaq.

Lent.az xəbər verir ki, bu barədə Elçibəyin qızının həyat yoldaşı Aqil Səmədbəyli məlumat yayıb.

Yas mərasimi iyunun 22-də səhər saat 10:00-da başlayacaq və axşama kimi davam edəcək.

Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyədə vəfat edib və Naxçıvanda dəfn olunub.