227
18:05
18 İyun 2019

Bakıda 15 yaşlı uşaq dənizdə batdı

Bakıda 15 yaşlı uşaq dənizdə boğulub.
Lent.az -ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə paytaxtın "Şıx" çimərliyində baş verib.
Bakı şəhər sakini, Malışeva İlhamə Firudin qızı sevgilisi Eduard Qvenadze, övladları - Vaqin Andreyev, Umar Malışev və qızı Aleksandra Rəhmanova ilə birlikdə "Şıx" çimərliyindəki kafelərdən birinə gəliblər. Bir müddətdən sonra uşaqlar dənizdə çimərkən 5 yaşlı Vaqin Andreyev dənizdə batıb.
Təxminən 20-25 dəqiqədən sonra onun meyiti sudan çıxarılıb.