195
18:03
18 İyun 2019

İlin sonunadək daha üç DOST mərkəzi fəaliyyətə başlayacaq

“Bu ilin sonuna qədər daha üç DOST mərkəzi fəaliyyətə başlayacaq".
APA xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda fəaliyyət göstərən 1 saylı DOST mərkəzi Yasamal və Səbael rayonundan olan vətəndaşlara xidmət göstərir: "Yeni açılacaq DOST mərkəzləri Binəqədi, Xəzər və Nizami rayonlarında olacaq. Bu ilin sonuna qədər 400-dən çox könüllünü yeni açılacaq DOST mərkəzlərinə cəlb edəcəyik".