381
18:33
18 İyun 2019

Motosikletlə dünya səyahətinə çıxmış braziliyalılar Azərbaycana gəlib

Motosikletlə dünya səyahətinə çıxmış 5 braziliyalı Azərbaycana gəlib.
APA -nın Gəncə bürosunun verdiyi məlumata görə, 3 ay ərzində 29 ölkəni əhatə edəcək tur çərçivəsində səyyahlar 3 gün Azərbaycanda olacaqlar.
Səfər Portuqaliyanın Lissabon şəhərindən başlayaraq Vladivostoka kimi davam edəcək. Braziliyalılar bir neçə ölkədən keçərək bu gün Gəncəyə çatıblar. Onlar şəhəri gəzdikdən sonra Lənkərana yola düşüblər. Daha sonra motosikletçilər Bakıya gedəcək və oradan Rusiyaya keçəcəklər. Bır sıra Avropa ölkələrini gəzdikdən sonra yenidən Rusiyaya qayıdaraq Asiya ölkələrinə gedəcəklər. Hazırda səyyahlar səfər proqramının yarısını başa vurublar.