415
18:55
18 İyun 2019

Trabzonda güclü daşqın: ölən və itkinlər var

Türkiyənin Trabzon şəhərindəki Araklı qəsəbəsində güclü daşqın fəsadlar törədib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, daşqın nəticəsində bir nəfər ölüb, 3 nəfər isə itkin düşüb.
Araklı qəsəbəsində Çamlıktepe və Yeşilyurt məhəllələrində baş verən güclü yağışlar səbəbindən baş verən daşqında ilkin məlumatlara görə Çamlıktepe məhəlləsində 4 ev və 1 iş yeri yararsız hala düşüb.
Qeyd edək ki, hazırda itkin düşənlərin axtarışları davam edir.