341
00:16
19 İyun 2019

Boris Conson baş nazirlik uğrunda keçirilən ikinci səsvermədə liderdir

Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson baş nazirlik uğrunda keçirilən ikinci səsvermədə də liderdir.
APA -nın London bürosunun “BBC”-yə istinadən verdiyi xəbərə görə, səsvermədə Boris Conson 126 səs toplayıb. Onun ən yaxın rəqibi hazırkı xarici işlər naziri Ceremi Hunt isə 46 səs toplayıb.
Keçmiş “Brexit” işləri üzrə nazir Dominik Raab isə lazımı səsi toplaya bilmədiyi üçün yarışdan geri çəkilib.
Daxili məsələlər üzrə nazir Sacid Cavid, ərzaq və kənd təsərrüfatı naziri Maykl Qouv, beynəlxalq işlər üzrə dövlət naziri Rori Stevart isə növbəti mərhələyə keçməyə haqq qazanıb.
Qeyd edək ki,Britaniyanın yeni baş nazirinin adının təxminən 22 iyul tarixində açıqlanması gözlənilir.