312
15:33
07 İyul 2019

"Milan" "Real"ın müdafiəçisinin keçidini həll etdi

Fransalı futbolçu Teo Ernandes karyerasını İtaliya A seriyasında davam etdirəcək.
APA -nın məlumatına görə, Madrid "Real"ının müdafiəçisi "Milan"a transfer olunub.
Onunla imzalanan müqavilənin müddəti açıqlanmasa da, razılaşmanın 20 milyon avroya başa gəldiyi bildirilir.
Qeyd edək ki, T. Ernandes son mövsümü icarə əsasında "Real Sosyedad"da keçirib. O, La Liqada çıxdığı 28 matçda 1 qol vurub.