208
11:28
08 İyul 2019

Azərbaycan gimnastlardan UĞURLU NƏTİCƏ

Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
APA -nın məlumatına görə, Azərbaycanı yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər.
Gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar. Belə ki, Y.Luzan çoxnövçülük xallarına əsasən ilk olaraq 3-cü yeri tutub. Ayrı-ayrı alətlər üzrə finallarda isə top və lent ilə çıxışları ona qızıl, gürzlərlə kompozisiyası isə bürünc medal qazandırıb.
F.Əkbərova lent ilə çıxışlarına görə 3-cü yerə sahib olub.