227
11:41
08 İyul 2019

“Qarabağ”ın Çempionlar Liqasında yeri bəlli oldu

Sabah start götürəcək Çempionlar Liqasının I təsnifat mərhələsi ərəfəsində Avropanın ən nüfuzlu klub turnirinin tarixinin ümumi cədvəli açıqlanıb.

APA -nın məlumatına görə, siyahıda 1955-ci ildən cari mövsümün startına qədər turnirdə oynamış klublar yer alıb.

64 il ərzində yarışda ümumilikdə 513 komanda iştirak edib. Əvvəl Çempionlar kuboku, 1992-ci ildən Çempionlar Liqası adlanan turnirin ən yaxşısı İspaniya “Real”ıdır. Almaniya “Bavariya”sı ikinci, digər İspaniya klubu “Barselona” üçüncüdür.

Azərbaycanı Çempionlar Liqasında təmsil etmiş 7 klub da siyahıya daxil edilib. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. Ağdam klubu 6-cı dəfə qatılacağı yarışın 100-cü komandasıdır. Keçirdiyi 30 qarşılaşmada 11 qələbə, 11 heç-heçə və 8 məğlubiyyət olan “Qarabağ” 29 qol vurub, 25-ni buraxıb.

6 dəfə turnirə qatılan “Neftçi” 167-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçiləri “Bakı” və “Keşlə” üçüncü, Qərb klubları “Şəmkir”lə “Kəpəz” dördüncü “yüzlük”dədir. Çempionlar Liqasında qələbə qazanmayan yeganə Azərbaycan klubu “Xəzər Lənkəran” isə beşinci “yüzlük”də yer alıb.

yer

klub

iştirak

O

Q

H

M

T/F

X

1

Real (İspaniya)

49

431

259

74

98

957-468

592

2

Bavariya (Almaniya)

35

341

195

72

74

681-342

462

3

Barselona (Ispaniya)

29

310

183

70

57

620-298

436

100

Qarabağ

5

30

11

11

8

29-25

33

167

Neftçi

6

18

5

5

8

14-32

15

265

Bakı

2

6

2

2

2

7-8

6

290

Keşlə

2

6

1

3

2

3-5

5

389

Şəmkir

2

6

1

0

5

6-11

2

390

Kəpəz

1

4

1

0

3

4-9

2

415

Xəzər Lənkəran

1

2

0

1

1

2-4

1

UEFA qrup mərhələlərinin ümumi cədvəlini də tərtib edib. 140 klubun daxil olduğu siyahıya “Real” başçılıq edir. “Barselona” ikinci, “Bavariya” üçüncü pillədə yer alıb. Azərbaycanın Çempionlar Liqasının qrupuna düşən yeganə təmsilçisi “Qarabağ” 129-cu pillədə qərarlaşıb.

yer

klub

iştirak

O

Q

H

M

T/F

X

1

Real (İspaniya)

23

259

156

49

54

551-281

361

2

Barselona (Ispaniya)

23

248

146

59

43

502-241

351

3

Bavariya (Almaniya)

22

241

142

53

56

457-253

317

129

Qarabağ

1

6

0

2

4

2-14

2

İndiyədək 33 ölkənin komandaları qrupda qüvvəsini sınayıb. Bu ölkələr arasında İspaniya 1-ci, İngiltərə 2-ci, İtaliya 3-cüdür. Azərbaycan isə 33-cü pillədə yer alıb.

yer

klub

iştirak

O

Q

H

M

T/F

X

1

İspaniya

87

877

452

216

209

1535-929

1120

2

İngiltərə

84

826

401

204

221

1371-878

1006

3

İtaliya

74

681

301

183

197

986-773

785

33

Azərbaycan

1

6

0

2

4

2-14

2

Qeyd edək ki, UEFA-nın cədvəli qələbəyə görə iki xal prinsipi ilə tərtib olunub.