573
17:13
08 İyul 2019

Bu da Nadir Qafarzadənin böyük oğlu: "Məni baba et" - FOTO

Müğənni Nadir Qafarzadə böyük oğlu Loğmanın fotosunu sosial şəbəkədə paylaşıb.

Lent.az -ın məlumatına görə, ifaçı bildirib ki, baba olmaq istəyir:

"Allah, bütün övladları qorusun. Təkcə övladı dünyaya gətirmək deyil, düzgün tərbiyə və savad verməkdir.Ataların belə bir misalı var: Övladım əzizdirsə, tərbiyəsi ondan daha əzizdir. Nəslimin davamçısı. Amma məni tez baba et. Deyirlər, nəvə çox şirin olur. Ürəyim gedir nəvə üçün. Atası kimi şirin olar yəqin".

Qeyd edək ki, Sevinc adlı xanımla ailəli olan Nadirin Əziz adlı daha bir oğlu var.