1260
14:00
09 İyul 2019

Ayan yenidən Azərbaycana köçdü: "Bu aralar çox pisəm" - VİDEO

Bir neçə il öncə İstanbula köçən müğənni Ayan Babakişiyeva yenidən Azərbaycana qayıdıb.

Lent.az -ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində bildirib ki, artıq doğma vətənində yaşayacaq:

“Son zamanlar kövrək hislər keçirirəm. Bu aralar çox pisəm. Bu dəfə evdən ayrılanda dedim ki, özümü çox pis hiss edirəm. Bilmirəm ki, yaşam yerim haradır. Harada yaşayıram? Bir ay içində insan nə qədər təyyarədə zaman keçirər. İndiyə qədər bu qədər müddət içində qızımdan, anamdan ayrı qalmamışdım. İnsanın bir yaşam yeri olmalıdır. Amma mən qızımla, anam üçün Azərbaycandayam. Əvvəl İstanbulda yaşayırdım, bəlli bir işlər üçün Azərbaycana gəlirdim. İndi Azərbaycanda yaşayacam. Arada-sırada İstanbula gedəcəm”.

Ayan onu da əlavə edib ki, Azərbaycanda yeni biznes qurur: “Artıq istəyirik ki, Azərbaycanda da ailə brendimiz olsun”.

Qeyd edək ki, A.Babakişiyeva 2016-cı ildə Azərbaycanda olan evlərini və bağını sataraq Türkiyəyə köçmüşdü.