361
11:11
10 İyul 2019

Tolik xanım müğənniyə əsəbiləşdi: "Mənim haqqımda danışma!"

Prodüser Tolik (Tarix Əliyev) və müğənni Mətanət Əsədova arasında inciklik yaşanıb.

Lent.az -ın məlumatına görə, M.Əsədova bu gün “Hər şey daxil” verilişinə telefon zəngi ilə qoşulmaq istəyib. İfaçının efirə şərtlə qoşulmaq istəməsi prodüseri özündən çıxarıb:

“Mən səmimi insanam. Nə gəldisə deməliyəm. İndi Mətanət Əsədova mənə yazıb ki, məni efirə qoş. Efirin redaktoruna yazıb ki, mən yalınız Orxan barədə danışmaq istəyirəm. Mən sənə Şəbnəm, Nuriyyə, Rəsul haqqında danış deyirəm? Bu nə deməkdir? Ürəyin istəyir zəng elə, heç mənim haqqımda da danışma. Vallah bu müğənnilərin eqosunu anlaya bilmirəm. O gün Fatimənin salonunun açılışına getdim, yalandan öpüşmələr, simalar gördüm. Ona görə də elə yerlərə getmirəm. Bundan sonra verilişə də gəlirsiniz gəlin, gəlmirsiniz gəlməyin”.

Qeyd edək ki, verilişin bugünki qonaqları Əməkdar artist Hüsniyyə Mürvətova, müğənnilər Şəbnəm Tovuzlu, Rəsul Əfəndiyev olub.