213
12:35
10 İyul 2019

Rusiya və NATO generalları Bakıda görüşür

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana işgüzara səfərə gəlib.
APA -nın Rusiya bürosunun xəbərinə görə, V. Gerasimov Bakıda ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşəcək.
V. Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə görüşləri planlaşdırılır.
Qeyd edək ki, ötən ilin dekabrında V. Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə Bakıda görüşüb.