242
14:02
10 İyul 2019

“Partizani” – “Qarabağ” matçı: hansı şanslıdır?

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Partizani” (Albaniya) – “Qarabağ” (Azərbaycan) oyunun əmsalları açıqlanıb.
APA -nın məlumatına görə, bukmekerlər Azərbaycan çempionunu şanslı hesab edirlər.
Tiranda bu gün baş tutacaq qarşılaşmada “Partizani”nin qələbəsi 4,08 əmsalla qiymətləndirilibsə, “Qarabağ”ın qalib gəlməsinə 2,05 əmsal verilib. Görüşdə heç-heçə əmsalı isə 3,28-dir.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.