359
00:06
11 İyul 2019

Erald Çinari: "Qarabağ"ın qapıçısının qurtarışı olmasaydı, qol vuracaqdım"

“Qol vurmaq üçün hər şey etdim”.
APA -nın məlumatına görə, bunu Albaniyanın “Partizani” klubunun futbolçusu Erald Çinari deyib.
Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundakı qolsuz heç-heçəyə şərh verən hücumçu görüş barədə fikirlərini açıqlayıb. O, matçdakı ən real qol şansını qaçırmasına münasibət bildirib: “Zərbəm də yaxşı alındı. Rəqib qapıçının qurtarışı olmasaydı, qol vuracaqdım. Bunu xəstə atama və ad günü olan bacıma həsr edəcəkdim. Oyun ərzində bir çox mövqedə çıxış etdim. Mənim üçün əsas elə budur ki, meydanda olub komandama kömək edim”.