273
11:42
11 İyul 2019

Rəqqasə Sevda: “Qızlar analarının bəxtini yaşayır”-VİDEO

Azərbaycanlı müğənni və rəqqasə Sevda Sanaliyeva “Xəzər TV”də yayımlanan “5/5” verilişinin qonağı olub.
Lent.az -ın məlumatına görə, müğənni aparıcı Zaur Kamalın ona ailəsi ilə bağlı verdiyi sualları cavabsız qoyub.
“Onunla bağlı danışmayacam. Anam məni tək böyüdüb. Deyirlər qızlar analarının bəxtini yaşayır. Çalışacağam ki, övladlarımı anamın tərbiyəsi kimi böyüdüm. Anam iki növbədə işləyirdi və heç vaxt dilinə gətirmirdi ki, yorğunam. Mən də onun kimi güclü olacam”.