272
11:42
11 İyul 2019

“Yuventus” “Ayaks”ın bu oyunçusu üçün 67 milyon avro təklif etdi

Hollandiyanın “Ayaks” klubunun futbolçusu Matteys De Liqt karyerasını İtaliyada davam etdirə bilər.
APA -nın məlumatına görə, 20 yaşlı müdafiəçi A seriyasının qalibi “Yuventus”un maraq dairəsinə düşüb.
Turin təmsilçisi De Liqt üçün 67 milyon avro da təklif edib. Keçidin rəsmiləşmə ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Matteys De Liqt son mövsümdə “Ayaks”ın heyətində 55 oyuna çıxıb və 7 qol vurub. Onun komandasının Hollandiya çempionu olmasında, ölkə Superkubokunu qazanmasında və Çempionlar Liqasının yarımfinalına yüksəlməsində köməyi böyük olub. “transfermakt.de” portalı isə müdafiəçinin transfer qiymətini 75 milyon avro qiymətləndirib.